Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Olof Gill, ABŞ tərəfinin Aİ-nin ABŞ-ın polad və alüminium tariflərinə qarşı gördüyü tədbirlərə cavab verəcəklərini bildirib.
Turkustan.az xəbər verir ki, Gill, Brüsseldə təşkil edilən gündəlik mətbuat konfransında ABŞ prezidenti Donald Trampın dünənki çıxışı ilə bağlı açıqlamalar verib ki, AB ABŞ-a qarşı tariflər tətbiq etmək planını həyata keçirərsə, əlavə tariflərlə cavab verəcək.
ABŞ tərəfinin AB-nin əks tədbirlərinə cavab verəcəyi təqdirdə hazır olduqlarını vurğulayan Gill, "Bəli, ABŞ-dan gələcək hər şeyə hazırıq. Bir ildən artıqdır ki, buna hazırlaşırdıq" deyib.
ABŞ-ın dünən polad və alüminium idxalına tətbiq etməyə başladığı 25 faizlik tariflərdən dərin təəssüf hissi keçirdiklərini bildirən Gill, "ABŞ-ı tətbiq edilən tarifləri dərhal ləğv etməyə çağırırıq"-deyə, bildirib.
ABŞ-ın polad və alüminium idxalına 25 faizlik tarifləri martın 12-dən qüvvəyə minib.
Aİ tərəfi həmçinin cavab rüsumlarına məruz qala biləcək ABŞ məhsullarının siyahısını dərc edib.
99 səhifəlik məhsul siyahısına ət, toyuq, hinduşka, süd və qaymaq, qoz-fındıq, qəhvə, meyvə-tərəvəz, spirtli içkilər, saqqız, elektron siqaret, viski, geyim, əl alətləri, maşın və motosikletlər kimi Amerika həyat tərzinin sinonimi olan müxtəlif məhsullar daxildir.
Aytən Yaşar/ Turkustan.az