AZ

ABŞ Maliyyə Naziri Rusiyaya qarşı ən sərt sanksiyaların tətbiqini istisna etmir

ABŞ prezidenti Donald Trampın administrasiyası daha böyük təzyiq göstərmək üçün Rusiyaya qarşı maksimum sanksiyalar tətbiq edə bilər.

Bu barədə ABŞ Maliyyə Naziri Scott BessentCNBC telekanalına müsahibəsində deyib .

“Sizə deyə bilərəm ki, biz onları [sanksiyaları] “on”a çatdırmaqdan çəkinmirik. Və yenə də bütün bunlar Trampın uğurlu danışıqlara hazırlaşmasının bir hissəsidir. O, hər iki tərəfə maksimum təzyiq göstərməyə hazırdır”, - Bessent bildirib.

O, ABŞ-nin keçmiş prezidenti Co Baydenin tətbiq etdiyi sanksiyaların kifayət qədər sərt olmadığını hiss etdiyi üçün çox məyus olduğunu bildirib.

Seçilən
4
aznews.az

1Mənbələr