AZ

Baş nazir: “Yaşa görə pensiyalar 11,3 faiz artıb”

2024-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsi xərclərinin 39%-i və ya 14,6 mlrd. manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib.

Bizim.Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, ötən ildə orta pensiya məbləği 12%, yaşa görə pensiya 11,3%, yaşayış minimumu  ölkə üzrə  9,8% artıb.

“Bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 475 manat olub”.

Günay Şahmar, Bziim.Media

Seçilən
24
bizim.media

1Mənbələr