AZ

Paşinyanın "sülh sazişi" imitasiyası: bəyanatların arxasında nələr durur?

Bakı. Trend:

Ermənistan Azərbaycanla sülhün bərqərar olunması istiqamətindəilk baxışdan önəmli addım ataraq daha əvvəl sülh müqaviləsininmətnində nəzərdə tutulmayan, üçüncü ölkələrin sərhəddəkiqüvvələrinin çıxarılması məsələsinə razılıq verib. Bu məqam rəsmiBakı üçün əsas şərtlərdən biri idi.

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, sülhsazişi imzalandıqdan sonra müşahidəçilər Ermənistan-Azərbaycansərhədini tərk edəcəklər.

Daha əvvəl İrəvan müşahidəçilərin yalnız delimitasiya olunmuşsərhəd bölgələrindən çıxarılmasını tələb edirdi. SonradanErmənistan Azərbaycan tərəfinin Avropa İttifaqı qüvvələrinin bütünsərhəddən çıxarılması tələbini qəbul etdi. Buna baxmayaraq,müşahidəçilərin sərhəddən uzaqda, ofis şəraitində fəaliyyətinidavam etdirməsi istisna edilmir. Habelə, Azərbaycanla Ermənistanarasındakı şərti dövlət sərhədində patrul nəzarəti həyatakeçirilməyəcək.

Bu addım tərəflərin münasibətlərin sülh fazasına keçməyə hazırolduqlarına siqnal sayılsa da, bütün məsələlərin yekun həlli hələdə vaxt tələb edir. Əsas məsələ sülhün yalnız Bakı və İrəvanarasında, üçüncü tərəflərin müdaxiləsi olmadan aparılacaqdanışıqlar çərçivəsində həllinin davam etdirilməsidir.

Ermənistanın baş naziri Nikol Paşinyan bir daha "Sülh yolayrıcı"adlı layihəsinə sadiqliyini təsdiqləyərək sözügedən layihəyə uyğunolan bütün məsələlərin həyata keçirilməsinə hazır olduğunubildirib. Onun sözlərinə görə, İrəvan Azərbaycan tərəfinə Mehriərazisindən yol verməyə hazırdır və bu məsələnin detalları müzakirəedilən sazişin sonuncu maddəsində əksini tapıb. Paşinyan vurğulayıbki, Ermənistan bu məsələdə Azərbaycanın rəsmi cavabını gözləyir vəcavab alındıqdan dərhal sonra təklifini icra etməyə hazırdır.

Nikol Paşinyan həmçinin Ermənistanla Azərbaycan arasında sülhünmümkün olmadığı fikri ilə razılaşmadığını bildirib. O vurğulayıbki, tərəflər 1991-ci il Almatı Bəyannaməsi əsasında bir-birininərazi bütövlüyünü və suverenliyini tanımağa razılaşıblar. Bundanəlavə, sülh sazişi layihəsində hər iki tərəfin gələcəkdə bir-birinəərazi iddiaları irəli sürməmək öhdəliyi də qeyd olunub.

Paşinyanın sözlərinə görə, beynəlxalq sənədin imzalanması vəratifikasiyası artıq gerçəkləşmiş faktlardır. Ermənistanın başnaziri vurğulayıb ki, "bu mərhələdə yeni mexanizmlərinyaradılmasına ehtiyac yoxdur, vacib olan yalnız artıq əldə edilmişrazılaşmaların pozulmamasıdır". O, həmçinin qeyd edib ki, "sülhsazişinin imzalanması prosesi bir neçə ay, hətta bir il də çəkəbilər, lakin bu, yalnız zaman məsələsidir".

Gələcək sazişin vacib hissələrindən biri də beynəlxalqməhkəmələrdə qarşılıqlı iddiaların geri götürülməsi ilə bağlımaddədir ki, bu da sənədin imzalanmasından sonra qüvvəyə minəcək.Paşinyan bəzi məqamların hələ müzakirə olunacağını qeyd etsə də,əsas məsələlər üzrə ümumi anlaşmanın artıq əldə olunduğunubildirib.

Bununla paralel olaraq Ermənistan hakimiyyəti yeni Konstitusiyalayihəsi təqdim etməyi planlaşdırır ki, bu da Paşinyanın sözlərinəgörə, "regional əhəmiyyətə malik olacaq". Bu, İrəvanın CənubiQafqazda yeni reallıqlara və sabitlik şərtlərinə uyğun olaraqdaxili qanunvericiliyini adaptasiya etməyə çalışdığınıgöstərir.

Rəsmi Bakı Ermənistanla sülh sazişi mətninin razılaşdırılmasınınbaşa çatdığını təsdiqləyərək, sənədin imzalanması üçün iki əsasşərt irəli sürüb. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatınagörə, saziş yalnız aşağıdakı şərtlər yerinə yetirildikdə imzalanabilər:

Ermənistan öz Konstitusiyasına dəyişiklik edərək Azərbaycanınsuverenliyi və ərazi bütövlüyünə dair iddiaları istisna edəcək. Bu,Bakının uzunmüddətli və prinsipial mövqeyi kimi qeyd olunur.ATƏT-in Minsk Qrupu və müvafiq strukturlar rəsmi olaraq ləğvediləcək, çünki bu qurumlar köhnəlmiş və funksional olmayanstrukturlar kimi tanınır.

Azərbaycan Xarici İşlər Nazirliyi sülh sazişinin mətnininrazılaşdırıldığını təsdiqləyib və normallaşma prosesi ilə bağlıməsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazır olduğunubildirib. Ermənistan Xarici İşlər Nazirliyi də "Ermənistan iləAzərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərinqurulması haqqında" saziş layihəsi üzrə razılaşmaların əldəolunduğunu təsdiqləyib. Ermənistan tərəfi diplomatik kanallarvasitəsilə Bakıya sülh sazişində əvvəl razılaşdırılmayan iki bəndərazılıq verdiyini bildirib. İrəvan sənədin imzalanma tarixi və yeriilə bağlı Bakı ilə məsləhətləşmələrə başlamağa hazır olduğunu ifadəedib.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da sülh sazişininmətninin razılaşdırılmasının başa çatdığını bəyan edərək, buaddımın yekun razılaşmaların əldə olunmasına yol açdığınıbildirib.

Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişininKonstitusiya aspekti bu razılaşmanın sabitliyi və effektivliyinimüəyyən edən əsas amillərdən biridir. Bu məsələ sırf diplomatikformatları aşaraq Ermənistanın öhdəliklərini yerinə yetirməsi və yaistənilən anda onlardan imtina etməsi üçün hüquqi baza yaradır.

Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə ölkənin yeniKonstitusiyasının qəbul edilməsinin vacibliyindən danışıb. Bu,təkcə daxili qanunvericiliyin islahatı deyil, eyni zamanda,Azərbaycanla imzalanacaq sülh sazişi də daxil olmaqla, istənilənbeynəlxalq razılaşmanın yenidən nəzərdən keçirilməsi və ya həttaləğvi üçün potensial alət kimi görünür. Bu məqam Bakıda ciddinarahatlıq doğurur, çünki İrəvanın mövqeyinin qeyri-sabit vəetibarsız olduğunu açıq şəkildə nümayiş etdirir.

Çünki hazırda Ermənistanda 1995-ci ildə qəbul edilmiş və 2005 və2015-ci illərdə dəyişikliklərə məruz qalmış Konstitusiyaqüvvədədir. Onun mətnində Azərbaycanın beynəlxalq səviyyədətanınmış sərhədləri və ərazi bütövlüyünə zidd müddəalar yeralır.

Xüsusilə Ermənistan Konstitusiyasının 11-ci maddəsi ciddiproblem yaradır. Həmin maddədə qeyd olunur ki: “ErmənistanRespublikası Dağlıq Qarabağ Respublikasının beynəlxalq statusununtanınması üçün səyləri dəstəkləyir.”

Məzkur müddəa birbaşa ərazi iddialarını ifadə etməsə də,Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxiləsini və artıqmövcud olmayan separatçı qurumun saxlanmasını siyasi xətt kimitəsbit edir. Bu norma İrəvanın gələcəkdə ərazi iddiaları irəlisürməsi üçün hüquqi əsas yaradır.

Belə Konstitusiya müddəalarının mövcud olduğu şəraitdəErmənistanın qanunvericiliyində dəyişikliklər edilmədən sülhsazişinin imzalanması ciddi risklər daşıyır. Hətta Nikol Paşinyansülh sazişinə imza atsa belə, gələcəkdə Ermənistan bu sənədiKonstitusiya normalarına uyğun gəlmədiyi bəhanəsi ilə asanlıqlaləğv edə bilər.

Ermənistanın siyasi təcrübəsində bu cür manipulyasiyalarla bağlınümunələr az deyil. Məsələn, 2018-ci ildə Nikol Paşinyanhakimiyyətə gəldikdən sonra İrəvan ATƏT-in Minsk Qrupu çərçivəsindəəldə olunmuş bəzi öhdəliklərin yerinə yetirilməsindən imtinaedərək, onların ölkə qanunvericiliyinə zidd olduğunu əsasgətirmişdi. Həmin hadisə Ermənistanın beynəlxalq öhdəliklərdənyayınmaq üçün hüquqi boşluqlardan istifadə edə biləcəyini açıqşəkildə nümayiş etdirdi.

Paşinyanın hazırkı bəyanatları və Ermənistanın yeniKonstitusiyasının hazırlanması ilə bağlı planları ciddi narahatlıqdoğurur. Keçmiş təcrübəni nəzərə alaraq demək olar ki, yeniKonstitusiya elə formada tərtib edilə bilər ki, sülh sazişindənçıxış və ya onun yenidən nəzərdən keçirilməsi üçün hüquqi bazayaratsın. Bu yanaşma Ermənistanın revanşist ambisiyalarının baştutmaması halında "B planı" saxlamaq cəhdini açıq şəkildə nümayişetdirir.

Faktiki olaraq, sülh sazişi imzalandıqdan sonra belə İrəvandadaxili qanunvericiliyin yenidən nəzərdən keçirilməsi prosesibaşladılıb, sazişin yeni Konstitusiyaya zidd olması bəhanəsi ilələğvi məqsədilə istifadə edilə bilər. Bu, bölgədə sabitliyə təhlükəyaradır və Cənubi Qafqazda davamlı sülh ideyasını şübhə altınaalır.

Bəhs etdiyimiz kontekstdə Azərbaycanın sülh sazişi imzalanmazdanəvvəl Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsində israretməsi tamamilə əsaslıdır. Bu addım Ermənistanın Azərbaycana qarşıərazi iddialarından hüquqi baxımdan birdəfəlik imtina etməsi üçünzəruridir. Əks halda, Ermənistanın qanunvericiliyində dəyişiklikləredilmədən sənədin imzalanması mənasız ola bilər, çünki İrəvan yeniKonstitusiyaya əsaslanaraq sazişi istənilən vaxt ləğv edəbilər.

Paşinyanın yeni Konstitusiyanın qəbul edilməsinə ehtiyac barədəbəyanatları danışıqlar prosesini uzatmağa yönəlmiş taktiki gedişkimi də qiymətləndirilə bilər. O, zahirən sülhə hazır olduğununümayiş etdirsə də, eyni zamanda öhdəliklərdən yayınmaq üçün hüquqibaza formalaşdırır. Bu yanaşma İrəvana beynəlxalq tərəfdaşlarıntələbləri ilə daxili siyasi maraqlar arasında manevr etməyə imkanverir.

Aydındır ki, Cənubi Qafqazda davamlı sülh yalnız Ermənistanınsülh sazişini imzalaması ilə deyil, həm də bu sənədinqanunvericilik səviyyəsində təmin edilməsi ilə mümkün olacaq.Paşinyanın konstitusiya normalarını manipulyasiya etməsi və yaonları revanşist planlarının alətinə çevirməsi cəhdləri yalnızbölgədə sabitliyin əldə olunmasını ləngidir.

Paşinyanın siyasi strategiyası sülh danışıqlarına hazır olduğutəəssüratını yaratmaqla yanaşı, əslində prosesi müxtəlifbəhanələrlə uzatmağa yönəlib. Aİ müşahidəçilərinin iştirakı iləmanipulyasiya, Konstitusiya çərçivəsində hüquqi boşluqlardanistifadə və əlavə məsləhətləşmələrə ehtiyac barədə daimiaçıqlamalar İrəvanın Bakıya təzyiq rıçaqlarını saxlamağaçalışdığını və eyni zamanda Qərb tərəfdaşları qarşısında diplomatikçeviklik görüntüsü yaratmaq niyyətində olduğunu göstərir.

Paşinyan həmçinin Ermənistanı regionda mühüm tranzit qovşağınaçevirmək ideyasını əks etdirən “Sülh yolayrıcı” layihəsini fəalşəkildə təşviq edir. Bu layihə Ermənistanı regional proseslərinkonstruktiv iştirakçısı kimi təqdim etməyi hədəfləsə də, onunhəyata keçirilməsi Azərbaycanın əsas maraqları, xüsusən də Zəngəzurdəhlizi layihəsi ilə ziddiyyət təşkil edir. Paşinyan “Azərbaycanınkommunikasiyalarına çıxış” məsələsini qabartsa da, təhlükəsiz vəetibarlı nəqliyyat dəhlizinin yaradılması ilə bağlı konkretzəmanətlərdən yayınır.

Sülh sazişinin mətninin razılaşdırılmasının diplomatik prosesdəyekun razılaşmanın əldə olunması anlamına gəlmədiyi aydındır.Proses yalnız sənədin məzmununun razılaşdırılması deyil, həm dəCənubi Qafqazda uzunmüddətli sülhü təmin edəcək konkret şərtlərinyerinə yetirilməsini tələb edir. Ermənistanın Xarici İşlərNazirliyinin sülh sazişinin imzalanma vaxtı və yeri ilə bağlıməlumat yayması bu addımın qaçılmaz olması illüziyasını yaratmaqcəhdinə bənzəyir. Bununla İrəvan Bakı üzərində təzyiqformalaşdırmağa və Ermənistan Konstitusiyasında dəyişiklikedilmədən sənədin imzalanmasına nail olmağa çalışır. Bumanipulyativ yanaşma Ermənistanın Qarabağa qarşı potensialrevanşizm planlarını həyata keçirmək üçün özünə hüquqi boşluqsaxladığını açıq şəkildə göstərir.

Azərbaycanın Ermənistanla apardığı davamlı sülh danışıqlarıfonunda Ermənistanın baş naziri Nikol Paşinyan yeni bir təklifləçıxış edib. O, hər iki tərəfin qarşılıqlı əsasda bir-birinə qarşıirəli sürdüyü hüquqi iddialardan imtina etməsini təklif edib. Lakinbu təklifin mahiyyətində Azərbaycan üçün ciddi təhlükələr gizlənir,çünki belə bir addımın riskləri Bakının xeyrinə deyil, əksinə,Ermənistanın məkrli planlarının gerçəkləşməsinə xidmət edəbilər.

Paşinyanın təklifində Ermənistanın Azərbaycan əleyhinə dövlətsəviyyəsində irəli sürdüyü iddialardan imtina nəzərdə tutulur.Bunun müqabilində rəsmi İrəvan gizli və qeyri-rəsmi yollarlaAzərbaycana qarşı fərdi iddialar irəli sürməyə hazırlaşır. Buiddialar Ermənistanın rəsmi strukturlarının dəstəyi ilə hazırlanırvə Azərbaycan könüllü tərk edərək Ermnistana yollanmış qarabağlıermənilərin adından müxtəlif məhkəmələrə təqdim ediləcək. MəqsədAzərbaycandan maddi kompensasiya tələb etməkdir.

Bəhs etdiyimiz iddialar formal olaraq fərdi şəxslərin adındantəqdim olunsa da, əslində onların arxasında Ermənistan hökumətinindəstəyi və təşkilatçılığı dayanır. Beləliklə, əgər AzərbaycanPaşinyanın təklifinə razılaşaraq öz iddialarından imtina edərsə,sonradan minlərlə erməni köçkününün iddiaları ilə üzləşəcək. Bu isəAzərbaycanın mövqelərini zəiflətməklə yanaşı, Ermənistanın məkrliplanlarının həyata keçməsinə imkan yarada bilər.

Azərbaycanın bu təklifə razılaşması məntiqsiz və qeyri-rasionaladdım olardı. Çünki Ermənistan 27 il ərzində Azərbaycanın 20%-əyaxın ərazisini işğal altında saxlayıb, yüzlərlə yaşayışməntəqəsini dağıdıb, məscidləri murdarlayıb, Azərbaycanınekologiyasına və təbii sərvətlərinə bərpası mümkün olmayan ziyanvurub. Bununla yanaşı, Ermənistan işğal illərində Azərbaycanıntəbii sərvətlərini talan edib, mədənlərdən qeyri-qanuni şəkildəfaydalanıb və ətraf mühiti çirkləndirib.

Xalqımız 27 illik işğal dövründə çəkdiyi əzab və məhrumiyyətləriunutmamış və unutmayacaq. Bundan əlavə, 1988-1990-cı illərdəİrəvan, Göyçə, Zəngəzur və digər tarixi Azərbaycan torpaqlarındanminlərlə azərbaycanlı zorla qovulub. Bu hadisələr zamanı yüzlərləazərbaycanlı işgəncələrə məruz qalıb, onlarla insan qətləyetirilib.

Bütün bu cinayətlər Ermənistanın hüquqi və tarixi məsuliyyətdaşımasını tələb edir. Beynəlxalq hüququn əsas prinsiplərinəəsasən, işğal nəticəsində vurulan ziyanın qarşılanması zəruridir.Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 2-ci maddəsinəəsasən, dövlətlər öz ərazilərində baş verən hüquq pozuntularınagörə məsuliyyət daşıyır və bu pozuntulardan zərərçəkənlərinkompensasiya hüququ var.

Habelə, BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884saylı qətnamələri açıq şəkildə Ermənistanın işğalçılıq siyasətinipisləyərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünütəsdiqləyir. Bu qətnamələrdə Ermənistanın işğal etdiyi Azərbaycantorpaqlarından dərhal və qeyd-şərtsiz çıxmalı olduğu vurğulanır.Lakin bu qərarlar uzun müddət kağız üzərində qalmış və Ermənistanheç bir məsuliyyətə cəlb olunmamışdır.

Azərbaycanın haqlı mövqeyini əsaslandıran digər vacib hüquqisənədlərdən biri 1907-ci il Haaqa Konvensiyasıdır. Bu sənədin 3-cümaddəsinə əsasən, müharibə zamanı baş verən qanunsuz hərəkətlərintörətdiyi ziyana görə təqsirkar tərəf məsuliyyət daşıyır vəkompensasiya ödəməlidir. Ermənistanın işğal illərində Azərbaycanınyaşayış məntəqələrini dağıtması, mədəni irs obyektlərini məhvetməsi və təbii sərvətləri talan etməsi bu konvensiyanınpozuntusudur və hüquqi məsuliyyət yaradır.

Bununla yanaşı, Ermənistanın Azərbaycana vurduğu zərərin miqyasımüxtəlif beynəlxalq hesabatlarda da əksini tapıb. Məsələn, BMT-ninİnkişaf Proqramı (UNDP) və digər beynəlxalq qurumlarınhesabatlarına əsasən, Ermənistanın işğal etdiyi ərazilərdəinfrastruktur tamamilə dağıdılıb, 900-dən çox yaşayış məntəqəsi yerüzündən silinib, 700 mindən çox azərbaycanlı məcburi köçkünvəziyyətinə düşüb. Ermənistanın qeyri-qanuni fəaliyyətlərinəticəsində Azərbaycanın iqtisadiyyatına yüz milyardlarla dollarziyan dəyib.

Azərbaycanın hüquqi iddialarından imtina etməsi bu tarixiədalətsizliyi ört-basdır edər və Ermənistanın məsuliyyətdənyayınmasına şərait yaradardı. Məhz bu səbəbdən rəsmi Bakı öz hüquqiiddialarından imtina etməyəcək və beynəlxalq hüquq çərçivəsindəhaqqını tələb edəcək.

Azərbaycanın mövqeyi həm tarixi ədalətə, həm də beynəlxalqhüququn əsas prinsiplərinə əsaslanır. Paşinyanın təklifininpərdəarxası niyyətləri isə bu hüquqi əsasları pozmaq vəErmənistanın məsuliyyətdən yayınmasına şərait yaratmaq məqsədigüdür. Rəsmi Bakı öz mövqeyində israrlıdır və Ermənistanıntörətdiyi hərbi cinayətlərin hüquqi məsuliyyətə cəlb edilməsiistiqamətində mübarizəsini davam etdirəcək.

Əsas məsələ dəyişməz qalır: Ermənistan Konstitusiyasınadəyişiklik etməlidir və bu, Azərbaycan diplomatlarının qəti şəkildəvurğuladığı məqamdır. Nikol Paşinyan daha əvvəl yeniKonstitusiyanın qəbulu planlarından bəhs etsə də, hələlik bu yalnızsöz və eyhamlarla məhdudlaşır. Azərbaycan isə vədlər deyil, konkretaddımlar - "Miatsum" konsepsiyasına əsaslanan, Azərbaycanınərazilərinə iddialar irəli sürən müddəaların ErmənistanKonstitusiyasından çıxarılmasını tələb edir. Bu baş vermədiyihalda, sülh sazişinin imzalanması təkcə mənasız deyil, eyni zamandagələcəkdə münaqişənin yenidən alovlanması riskini də artırır.

Mövcud vəziyyəti çətinləşdirən əsas amil isə odur ki, guya sülhsazişi mətninin razılaşdırılması barədə razılıq əldə olunmasınabaxmayaraq, Ermənistan hələ də mümkün revanş üçün hazırlıqxarakteri daşıyan addımlar atmaqda davam edir. Ermənistanhakimiyyəti aktiv şəkildə hücum xarakterli silahlar alır, sərhəddəhərbi infrastrukturu gücləndirir və VOMA və "Yerkrapa" kimiekstremist qruplara dəstək verir. Belə addımlar İrəvanın sülhə canatmaq barədə bəyanatlarının yalnız diplomatik ritorikadan ibarətolduğunu açıq şəkildə göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev XII Qlobal Bakı Forumununaçılışında çıxış edərkən aydın şəkildə bildirdi ki, Azərbaycanerməni təcavüzünün vurduğu ziyanı və illər boyu davam edən işğalıunutmayacaq.

Prezident İlham Əliyev Xocalı faciəsini xatırladaraq vurğuladıki, bu soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 100-dən çoxqadın və 60 uşaq qətlə yetirilib. Lakin dövlət başçısının sözlərinəgörə, bu faciəyə baxmayaraq, Azərbaycan Cənubi Qafqazda sülh vəsabitliyə nail olmaq istəyir.

Sülhün əldə edilməsi üçün Ermənistan konkret şərtləri yerinəyetirməlidir. Birinci növbədə, Konstitusiyaya ediləcəkdəyişikliklər yalnız ictimai bəyanatlarda deyil, qanunvericiliksəviyyəsində də Azərbaycanın ərazi bütövlüyünə iddialardan imtinanıtəsbit etməlidir. İkincisi, Ermənistan Azərbaycana vurduğu ziyanıödəmək üçün kompensasiya verməlidir ki, bu ziyana aşağıdakılardaxildir:

1. İnfrastrukturun dağıdılması və genişmiqyaslıurbanistik vandalizm

2. Təbii sərvətlərin oğurlanması və qeyri-qanuniistismarı

3.Beynəlxalq ekspertlər tərəfindən qiymətləndirilənekoloji fəlakət.

Mütəxəssislərin hesablamalarına görə, bu kompensasiya onmilyardlarla dollar təşkil edə bilər.

Bundan əlavə, Ermənistan Bakıda aparılan və qeyri-rəsmi olaraq"Azərbaycanın Nürnberqi" adlandırılan məhkəmə proseslərinə fəalşəkildə dəstək verməlidir. Bu, yalnız informasiya təqdim etməyideyil, həm də insanlığa qarşı cinayətlərdə, xüsusilə Xocalıfaciəsinin təşkilində və icrasında iştirak edən şəxslərin təhvilverilməsini nəzərdə tutur.

Belə bir fonda İrəvanın saziş mətninin razılaşdırılmasını sülhsazişinin imzalanmağa hazır olduğu kimi təqdim etmək cəhdi növbətisiyasi manipulyasiya kimi görünür. Ermənistan Konstitusiyasındadəyişiklik etmədən Bakını sənədi imzalamağa məcbur etmək cəhdi yenitəxribatların və münaqişənin yenidən alovlanması riskinin əsasınıqoyur.

Bu baxımdan haqlı sual yaranır: Ermənistan həqiqətən sülhə canatırmı, yoxsa Nikol Paşinyan yenidən siyasi fırıldağa əl atır?İstisna deyil ki, diplomatik prosesin sürətləndirilməsi yalnızbölgədə yeni gərginlik dalğasına hazırlığın ört-basdır edilməsiməqsədini güdür.

Cənubi Qafqazda ədalətli və dayanıqlı sülh yalnız bu şərtlərinyerinə yetirilməsi ilə mümkündür. Rəsmi diplomatik bəyanatlarlamanipulyasiya və Ermənistanın oyunbaz mövqeyi mövcud vəziyyətiyalnız daha da gərginləşdirir və real sabitliyin əldə olunmasınıgecikdirir.

Paşinyanın siyasi xətti hüquqi boşluqlara əsaslanır, Avropaİttifaqının müşahidəçilərinin yerləşdirilməsi ilə manipulyasiyalaraparır və yeni Konstitusiya ətrafındakı qeyri-müəyyənliklərvasitəsilə sülh prosesini uzatmağa çalışır.

Azərbaycanla sülh sazişi barədə bəyan edilən "irəliləyişə"baxmayaraq, Ermənistan rəhbərliyinin məqsədyönlü strategiyası busənədin imzalanmasını hələ də təhlükə altına qoyur.

Paşinyan güzəştə getdiyi görüntüsünü yaratsa da, əslindəErmənistanın maraqlarına uyğun olmayan hər hansı sazişin ləğvi üçünözünə hüquqi boşluq saxlamağa çalışır.

Seçilən
11
3
az.trend.az

4Mənbələr