Ağdamda 2025-ci ilin sonundək 10 minə yaxın əhalinin məskunlaşması nəzərdə tutulur.
Bunu Trend-ə açıqlamasında Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi deyib.
O bildirib ki, Ağdam şəhərində beş yaşayış məhəlləsində tikinti işləri sürətlə davam edir:
"Təsdiq olunmuş baş plana uyğun olaraq Ağdamın mərkəzi küçəsində salınır. Bu ərazinin böyük hissəsi yaşılıq zonası olacaq, eləcə də velosiped dayanacaqları, istirahət köşələri və digər zəruri infrastruktur abidələri də yaradılacaq. Binaların tikintisində həm müasir memarlıq həllərindən, eləcə də milli naxış və ornamentlərdən istifadə olunub".
L.Sarabi onu da qeyd edib ki, ikinci yaşayış məhəlləsinin tikintisinin bu ilin sentyabır-oktyabr aylarında tamamlanması nəzərədə tutulur və bura ailələr köçürüləcək.
Qeyd edək ki, Ağdam şəhərində yerləşən ikinci yaşayış məhəlləsinin ümumi sahəsi 44 hektara yaxındır. 11 kvartaldan ibarət olan bu məhəllədə mənzilərin bir iki üç dörd otaqlı olması planlaşdırılır.
Xatırladaq ki, Ağdam şəhərində beş yaşayış məhəlləsində tikinti işləri sürətlə davam edir. Yeni yaşayış məhəllələrində Baş plan üzrə söküntü və şaquli planlaşdırma işləri tamamlanıb. Hazırda isə 2-ci yaşayış məhəlləsi üzrə ümumilikdə 60 yaşayış, 6 qeyri yaşayış binası olmaqla, 1268 ailənin yaşayacağı mənzilin inşası davam etdirilir. Onu da qeyd edək ki, binalar 5,6,7 mərtəbəli olmaqla hər birində yeraltı qaraj inşa olunur, lift quraşdırılır. Yaşayış məhəlləsinin ərazisində qazanxana, uşaqlar üçün əyləncə mərkəzi, idman meydançaları da yaradılacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)