AZ

2024-cü ildə istehlakçıların hesabda aldadılmasına görə tərtib olunan protokolların sayı açıqlanıb

2024-cü
“İstehlakçıların malın ölçüsünə, çəkisinə və hesabına dair aldadılmasına görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət tədbiri nəzərdə tutulub”. 1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Yusif Tapdıqlı deyib.
“Belə ki, Məcəllənin 447.0.1-ci maddəsinə əsasən, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə inzibati qaydada cərimə edilir. Qeyd edək ki, İXM-yə görə bu maddədə az miqdarda aldadılma dedikdə 5000 manatdan yuxarı olmayan məbləğ başa düşülür. Aldadılma məbləği 5000 manatdan çox olarsa, cinayət məsuliyyəti yaranır” . O, bildirib ki, Agentliyə malın ölçüsünə, çəkisinə və hesabına dair istehlakçıların aldadılması halları ilə bağlı 2024-cü il ərzində 319, 2025-ci ilin yanvar-fevral aylarında isə 40 vətəndaş müraciətinə baxılıb.

“Araşdırmalar zamanı 2024-cü ildə istehlakçıların hesabda aldadılması faktı ilə bağlı 13 sahibkarlıq subyekti barəsində 24 , 2025-ci ilin yanvar-fevral aylarında isə 4 sahibkarlıq subyekti barəsində 4 inzibati xəta haqqında protokol tərtib edilib. Baxılmış müraciətlər üzə 189 (2025-ci ildə 12 ) halda istehlakçıların tələbləri təmin edilib”.

Seçilən
4
2
1news.az

3Mənbələr