AZ

Gürcüstan Bakı ilə İrəvan arasında sülh sazişinin bütün maddələri üzrə danışıqların başa çatmasını alqışlayır

Gürcüstan Bakı ilə İrəvan arasında sülh sazişinin bütün maddələri üzrə danışıqların başa çatmasını alqışlayır.

Trend xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki hesabında deyilir.

"Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh sazişinin bütün 17 maddəsi üzrə danışıqların başa çatmasını alqışlayır. Bu, regionda davamlı sülh və sabitlik yolunda tarixi addımdır!", - deyə payalşımda bildirilib.

Xatırladaq ki, ötən gün Azərbaycan XİN Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını elan edib.

"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq.Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq.İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq", - deyə XİN-dən bildirilib.

Milli.Az

Seçilən
0
1
milli.az

9Mənbələr