Fəaliyyəti zamanı dövlət büdcəsi vəsaitlərinin düzgün istifadə edilməməsi və ya təyinatı üzrə xərclənməməsi ilə bağlı barəsində əsaslı şübhələr yaranan Qazıyev Azər Arif oğlu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı işə bərpa olunmaq və məcburi iş buraxmaya görə əməkhaqqı tələbi ilə məhkəməyə müraciət edib.
Bu barədə APA-ya MÜTDA-dan məlumat verilib.
Qeyd olunub ki, Nərimanov Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən, sabiq direktorun iddiası təmin edilməyib və onun işə bərpa olunması ilə bağlı tələbi rədd edilib.
Qeyd edək ki, təlim-tədris prosesində baş vermiş neqativ hallarla bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbində aparılmış yoxlamalar nəticəsində sabiq direktor Qazıyev Azər Arif oğlunun fəaliyyəti zamanı dövlət büdcəsi vəsaitlərinin düzgün istifadə edilməməsi və ya təyinatı üzrə xərclənməməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib. Bu səbəbdən Qazıyev Azər Arif oğlu 27 fevral 2024-cü il tarixində vəzifəsindən azad olunub.