AZ

Zahid Oruc: "Tikinti şirkətləri vətəndaşları ömürlük kirayənişinə çeviriblər"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycanda fəaliyyət göstərən tikinti şirkətləri ölkə vətəndaşlarını ömürlük kirayənişinə çevirib".
Oxu.Az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
"Əlbəttə, mənzil fondunun yenilənməsi alqışa layiqdir, lakin tikinti işlərinin uzanması ilə plana düşən evlərin sakinləri ömürlük kirayənişinə çevrilir", - deyə o qeyd edib.
Bundan başqa, deputat deyib ki, yeni tikilmiş binalarda xidmət haqları kifayət qədər yüksəkdir:
"Qanuna görə yeni tikilmiş binalar istismara qəbul edilməli, çıxarışlar alınmalı, sonra 6 ay ərzində mənzil mükiyyətçilərinin müştərək cəmiyəti yaradılmalı, onlar rəsmi şəkildə qeydiyatdan keçərək binaların idarəetmə strukturunu, xidmət haqlarının məbləğini müəyyən etməlidir. İndi elə şəhərciklər var ki, orada aylıq tarif 1 kvadratmetr üçün 1 manata yaxındır. Əvəzində mənzil-tikinti kooperativlərinin öhdəliklərinə tələb və meyarlar yoxdur".
Mərahim Nəsib
Seçilən
16
10
oxu.az

10Mənbələr