AZ

Havanın temperaturu 30 dərəcəyədək yüksələcək - PROQNOZ

Martın 17-18-də Bakıda və Abşeron yarımadasında 27 dərəcəyədək isti olacaq.

Yaxın günlərdə ölkə ərazisində havanın temperaturu daha da yüksələcək.

Bu barədə Operativ Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Səhər və axşam saatlarında dumanlı hava şəraiti davam edəcək. Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, növbəti həftənin ilk günlərində, martın 17-18-də havanın temperaturu yüksələrək Bakıda və Abşeron yarımadasında 22-27, Aran rayonlarında 25-30, dağlıq rayonlarda isə 18-23 dərəcə isti olacaq.

Seçilən
2
26
operativmedia.az

10Mənbələr