AZ

Egils Levits: Qlobal Bakı Forumu əsas beynəlxalq plarformalardan biridir

"Azərbaycan 30 ildən artıq bir müddətdə işğal olunan ərazilərini azad edib. Qarabağ problemi beynəlxalq hüquq normaları çərçivəsində həll olunub".

Bunu XII Qlobal Bakı Forumunda iştirak edən Latviyanın keçmiş Prezidenti Egils Levits APA-ya açıqlamasında bildirib.

"Hazırda biz Ukraynaya qarşı da aqressiya müşahidə edirik. Buna son qoyulmalıdır. Eyni yanaşma bu ölkədəki münaqişəyə nəzərən də tətbiq edilməli, problem beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır", - o qeyd edib.

Egils Levits ötən il keçirilən XI Bakı Qlobal Forumundan sonra dünyada vəziyyət tamamilə dəyişdiyinə diqqət çəkib.

Latviyanın keçmiş dövlət başçısının fikrincə, Bakı Qlobal Forumu dünyada beynəlxalq ictimai fikrin formalaşdırılmasında əsas rol oynayan plarformalardan biridir:

"Ona görə də hesab edirəm ki, belə bir mötəbər tədbirin Bakıda keçirilməsi Şimal, Cənub, Şərq və Qərb üçün böyük siyasi, coğrafi əhəmiyyət daşıyır. Bu forum hər il müxtəlif tarixi cəhətlərə malik dövlətləri və fərqli fikirləri olan insanları bir yerə toplayır. Onlar hazırkı vəziyyəti təhlil edir, çıxış yollarını axtarırlar".

Seçilən
1
2
apa.az

3Mənbələr