İŞİD terror qruplaşmasının İraq və Suriyadakı lideri Abdullah Maki Musleh əl-Rifai öldürülüb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani məlumat verib.
Bildirilir ki, bu əməliyyatı İraq təhlükəsizlik qüvvələri ABŞ-nin rəhbərlik etdiyi koalisiya ilə birgə həyata keçirib.