AZ

Premyer Liqa: "Araz-Naxçıvan" - "Şamaxı" oyununda qalib müəyyənləşməyib

Futbol üzrə Misli Premyer Liqasının XXVII turunun açılış oyununda "Araz-Naxçıvan" "Şamaxı" ilə qarşılaşıb...

"Report"un məlumatına görə, "Liv Bona Dea Arena"da baş tutan matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Hesabı meydan sahiblərindən 39-cu dəqiqədə Bernardo Diaş açıb. 68-ci dəqiqədə isə Cəlal Hüseynov qarşılaşmanın yekun hesabını müəyyənləşdirib.

Naxçıvan təmsilçisi 47 xalla üçüncü, qonaqlar 28 xalla altıncı pillədə qərarlaşıb.

Qeyd edək ki, tura martın 16-da yekun vurulacaq.

Poliqon.info

Seçilən
11
5
poliqon.info

6Mənbələr