AZ

Ukraynadan Rusiyaya KÜTLƏVİ DRON HÜCUMU - VİDEO

Rusiya Hava Hücumundan Müdafiə (HHM) sistemləri ötən gecə Ukrayna Silahlı Qüvvələrinə məxsus 126 pilotsuz uçuş aparatını (PUA) Rusiya Federasiyasının altı regionu üzərində vurub.

Musavat.com "REN TV"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Hava hücumundan müdafiə vasitələri gecə ərzində 126 Ukrayna pilotsuz uçuş aparatını məhv edib və ələ keçirib", – deyə nazirliyin bəyanatında qeyd olunub.

Məlumata görə, Ukrayna qüvvələrinə məxsus 64 PUA Volqoqrad vilayəti üzərində vurulub, 38 dron Voronej vilayəti üzərində məhv edilib. Bundan əlavə, 14 pilotsuz aparat Belqorod vilayətində, 7-si Bryansk vilayətində, 2-si Rostov vilayətində, 1 dron isə Kursk vilayəti üzərində vurulub.

Volqoqradda partlayışlar

Şahidlərin sözlərinə görə, Volqoqradın Krasnoarmeyski rayonunda güclü partlayış səsləri eşidilib. İlkin məlumata görə, hücum yerli neft emalı zavoduna (NEZ) yönəlib.

Volqoqradda dron qalıqlarının düşdüyü yerdə yanğın başlayıb. Yanğın Sarepta dəmir yolu stansiyası yaxınlığında qamışlıq ərazidə baş verib. 

Seçilən
11
turanpress.com

1Mənbələr