AZ

Qaxda dağlıq ərazidə yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qax rayonu, Ağyazı kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub...

Poliqon xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində alovun daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində dağlıq ərazidə 100 hektar sahədə quru ot və kol-kos yanıb, ətraf ərazilər yanğından mühafizə olunub.

Poliqon.info

 

Seçilən
12
32
poliqon.info

10Mənbələr