
“CNN və MSNBC Demokrat Partiyasının siyasi alətləridir”.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp ABŞ Ədliyyə Nazirliyində çıxışı zamanı bildirib.
“İnanıram ki, mənim haqqımdakı mənfi xəbərlərin 97,6%-ni yazan CNN və MSNBC Demokratik Partiyanın siyasi qanadlarıdır. Mən nə qədər böyük qələbə qazansam da, rəqiblərim nə qədər böyük məğlubiyyətə uğrasalar da, bu insanlar həmişə mənə hücum edəcəklər”, - Tramp bildirib.
Tramp həmçinin onları korrupsiya və qeyri-qanuni fəaliyyətlə ittiham edib.
Digər tərəfdən, Amerika lideri medianı bir-biri ilə koordinasiyaya görə tənqid edərək, onların hakimlərə təsir etdiyini və qanunları dəyişdirdiyini deyib.