AZ

Bakıda növbəti ağacəkmə aksiyası və iməcilik keçirilib

Novruz Bayramı ərəfəsində paytaxtın Nərimanov rayonu ərazisində ağacəkmə aksiyası keçirilib.

Day.Az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən aksiya çərçivəsində icra qurumlarının əməkdaşları və İctimai Birliyin könüllüləri tərəfindən iqlim şəraitinə uyğun olaraq seçilmiş ağac və kol bitkiləri əkilib.

Eyni zamanda gün əzində paytaxtın kommunal xidmətləri Novruz bayramı ərəfəsində şəhərdə təmizliklə bağlı daxili iməcilik keçirilib.

Xidmətin xüsusi təyinatlı texnikası və əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, BŞİH-nin müracitinə qoşulan özəl sektor nümayəndələri tərəfindən ticarət və digər obyektlərin vitrinləri və qarşısı təmizlənib.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, qurumuş budaqlar budanıb və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib.

Seçilən
16
9
day.az

10Mənbələr