AZ

Nazir: Plastik cərrahların sənədlərinin yoxlanılması gələn ay başa çatacaq

Plastik cərrahların sənədlərini təftiş edən Komissiyanın işi aprelin əvvəllərində başa çatacaq.

APA xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, nəticələr ictimaiyyətə elan ediləcək.

Nazir onu da bildirib ki, icbari tibbi sığorta paketinə yeni müayinələr əlavə ediləcək: “İcbari tibbi sığorta xidmətlər zərfinə 3315 xidmət daxildir. Bu il də müəyyən tibbi prosedurlar əlavə edliləcək”, - nazir qeyd edib.

Seçilən
1
16
apa.az

10Mənbələr