Plastik cərrahların sənədlərini təftiş edən Komissiyanın işi aprelin əvvəllərində başa çatacaq.
Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, nəticələr ictimaiyyətə elan ediləcək.
Nazir onu da bildirib ki, icbari tibbi sığorta paketinə yeni müayinələr əlavə ediləcək: “İcbari tibbi sığorta xidmətlər zərfinə 3315 xidmət daxildir. Bu il də müəyyən tibbi prosedurlar əlavə edliləcək".