AZ

Cüdoçumuz Avropa kubokunun qalibi olub - FOTO

Xorvatiyanın Poreç şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa kubokuna start verilib.

İdman.biz xəbər verir ki, ilk yarış günündə təmsilçimiz Aysun Məmmədova fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

52 kq çəki dərəcəsində tatamiyə çıxan idmançımız müvafiq olaraq Moldova, İsveç, Kanada və Bosniya-Herseqovinadan olan rəqiblərini üstələyərək adını finala yazdırıb. Həlledici görüşdə İsveçrə cüdoçusu Lya Monneyi məğlub edən Aysun Məmmədova qızıl medala yiyələnib. Bu, millimizin yarışda ilk medalı olub.

Qeyd edək ki, Azərbaycan yarışda 5 çəki dərəcəsində 14 qız idmançı ilə təmsil olunur. Avropa kubokunda 37 ölkədən 813 cüdoçu qüvvəsini sınayır.

İdman.biz

Seçilən
0
24
idman.biz

10Mənbələr