Bu gün Azərbaycan Basketbol Liqasının 18-ci turu çərçivəsində 3 görüş keçirilib.

Offsideplus.az xəbər verir ki, ilk matç Gəncədə baş tutub. 14:00-da baş tutan matçda yerli komanda "Ordu"nu məğlub edib.

Digər matçlar isə Bakıda keçirilib. Sərhədçi İdman Mərkəzinin ev sahibliyi etdiyi oyunlar "Sabah" və "Naxçıvan"ın qələbəsi ilə yekunlaşıb. 

15 mart, ABL 18-ci tur

14:00 "Gəncə" - "Ordu" 84:74 (22:8; 19:18; 17:20; 26:28)

Gəncə OİK

16:00 "Sabah" - "Abşeron" 99:64 (23:12; 16:10; 31:23; 29:21)

Sərhədçi İdman Mərkəzi

19:00 "Naxçıvan" - "Sərhədçi" 68:66 (21:17; 12:10; 19:27)

Sərhədçi İdman Mərkəzi