İş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bağlanmış əmək müqavilələrinin sayı cari ilin mart ayının 1-nə 1 milyon 864 min (2019-cu ilin əvvəli ilə müqayisədə 463 min çox) olub.
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 436 vahid artaraq 977 min təşkil edib.