AZ

Ürəyi dayanan körpə həyata qaytarıldı

Lənkəranda 2 yaşlı uşağı elektrik cərəyanı vurub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Sabirabad rayon sakini 2023-cü il təvəllüdlü A.Səmədzadə(qız uşağı) elektrik cərəyanı vurması nəticəsində ürək dayanması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

 

Uşağa ilkin tibbi xidmətlər göstərilib və ürək fəaliyyəti uğurla bərpa olunub.

 

İlkin məlumata görə, A.Səmədzadə soyuducunun cərəyan hissəsinə toxunub.

 

Qeyd edək ki, hazırda A.Səmədzadə müalicəsinin davamı üçün Bakıda yerləşən xəstəxanaların birinə göndərilib.

 

Fakt araşdırılır.

Seçilən
13
1
modern.az

10Mənbələr