AZ

"Hakim qərarları qəribə idi, məmnun deyiləm" - Vasili Berezutski

"Sabah" Misli premyer-liqasının 28-ci tur matçında evdə "Zirə"ylə heç-heçə etdi - 1:1.

"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Vasili Berezutski oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- İlk hissəni yaxşı keçirdik. Standart vəziyyətdən qapımıza qol vuruldu. Halbuki orda cərimə zərbəsi yox idi. Oyunun sonlarında hücuma atılmışıq, matçın bitməsinə də vaxt var idi, amma hakim oyunu saxladı. Bu, mənim üçün sürprizdi. Çox qəribədi. Belə sürprizlə qarşılaşmamışam. Bizə çox sarı vərəqə verildi. Halbuki çox da kobud oynayan komanda deyilik.

- Oyunun nəticəsini ədalətli hesab edirsiz?
- Xeyr. Hesab 1:1 olsa da, birinci hissəni yaxşı keçirdik. Matçın son 20 dəqiqəsində yaxşı oynadıq. Hakimlər haqda çox danışmıram, amma verilən hakim qərarları qəribə idi. Məmnun deyiləm.

- Qələbəsizlik, qeyri-sabit çıxış sizi ruhdan salır?
- Xeyr, ruhdan düşmürük. Sadəcə işləməyə davam edirik.

- Hakimlikdən şikayətləndiniz. Sizcə, hakimlərin səhvində xüsusi səbəb var?
- Yox, mən sadəcə şərh verirəm. Əlavə nələrsə demək istəmirəm.

Seçilən
36
6
football-plus.az

10Mənbələr