AZ

"TikTok"da gündəm olan təhlükəli oyuncaq: Nadir psixi xəstəlik təhlükəsi yaradır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"TikTok"da gündəm olan sızanaq sıxılması ilə bağlı oyuncaqlar uşaqlarda və onların analarında patomimiya adlı nadir psixi xəstəlik təhlükəsi yaradır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Mash" "Telegram" kanalı material dərc edib.
Materialda bir neçə rusiyalı dermatoloqun bu trendin təhlükəli olması barədə xəbərdarlıqları yer alıb.
Bildirilir ki, insanın heç bir səbəb olmadan dərisini qurdalamaq xəstəliyi infeksiyalar, iltihablar, psixi problemlər kimi nəticələrə gətirib çıxara bilər.
"Antistres" kimi satılan oyuncaq haqqında videoçarxlar "TikTok" və digər sosial şəbəkələrdə geniş yayılıb. Uşaqların "dəli olduğu" bu yumşaq oyuncaq üzərindəki sızanaqları sıxmaq mümkündür. Ən məşhur model isə uşağın üzüdür.
Lakin həkimlərin sözlərinə görə, bu trend təhlükəlidir, çünki ağlı hələ tam formalaşmamış uşaqlara təsir göstərir, çünki onlar daha sonra sıxma prosesini öz üzərilərində həyata keçirməyə başlayırlar. Hətta iş o yerə çatır ki, nəyisə sıxmaq həvəsi ilə altında təmiz dəriyə zərər verirlər, infeksiya salırlar və s. Belə hallar artıq kifayət qədərdir. Hətta analar artıq xəstəxanalara müraciət etməyə başlayıblar.
Xəstələrdə patomimiya inkişaf edir - adama elə gəlir ki, onun hər yerində sızanaqlar var və o, sözün əsl mənasında özünü parçalayır. Belə halda dermatoloqlar xəstəni psixiatra yönləndirirlər ki, o da həblər və uzunmüddətli müalicə təyin edir.
Seçilən
49
7
oxu.az

9Mənbələr