AZ

“Amerikanın səsi”nin işçiləri məzuniyyətə göndərilib, radio işləmir

“Amerikanın səsi”nin 1300-dən çox əməkdaşı inzibati məzuniyyətə göndərilib və radiostansiyanın özü susub.

“Report” xəbər verir ki, bu barədə radiostansiyanın direktoru Maykl Abramovits məlumat verib.

O, “LinkedIn” sosial şəbəkəsində qeyd edib:

“Məşhur “Amerikanın səsi”nin 83 ildə ilk dəfə susması məni çox kədərləndirib. Bu səhər öyrəndim ki, “Amerikanın səsi”nin faktiki olaraq bütün işçiləri - 1300-dən çox jurnalist, prodüser və yardımçı heyət inzibati məzuniyyətə buraxılıb. Elə mənim kimi”.

ABŞ prezidenti Donald Tramp martın 14-də Qlobal Media Agentliyinin və digər hökumət strukturlarının fəaliyyət dairəsinin əhəmiyyətli dərəcədə azaldılması haqqında sərəncam imzalayıb. Agentlik “Amerikanın səsi” radiostansiyasına nəzarət edib və maliyyələşdirib.

Seçilən
33
6
azpolitika.info

7Mənbələr