NATO-nun tədqiqat qrupu gələcəkdə hərbi alyans üçün potensial fəlakətli ssenariləri araşdırır. Bu ssenarilər arasında Rusiyanın hücumu ehtimalı da nəzərdən keçirilir.
Axar.az xəbər verir ki, bu barədə “Business İnsider” nəşri yazıb.
"Biz nəyinsə dəyişdiyini, gözlənildiyindən və ya güman ediləndən fərqli istiqamətdə hərəkət etdiyini araşdırırıq", – deyə NATO Müdafiə Kollecinin tədqiqat bölməsinin direktoru Florens Qaub bildirib.
Hazırda araşdırılan ssenarilər bunlardır:
- Kosmosda nüvə başlığının partlaması ehtimalı;
- DNT-ni analiz edən bioloji silahlarla bağlı spekulyasiyaların yaratdığı panika;
- Nil çayı uğrunda Misir və Efiopiya arasında müharibə riski;
- Rusiyanın Ukraynada yerləşdirilmiş sülhməramlı qüvvələrə qarşı akustik silahdan istifadəsi;
- NATO-nun Qara dənizlə sərhəddə yerləşən üzv ölkələrdən birinə raket zərbəsi endirməsi sınağı.