Bakı. Trend:
Gədəbəy rayonunun Qızılqaya kəndində mürəkkəb relyefli dağlıqərazidə yanğın baş verib.
Trend-inməlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumatyayıb.
Hadisə ilə bağlı "112" qaynar telefon xəttinə daxil olan məlumatəsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayonYanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun dahageniş sahəyə yayılmasının qarşısı alınıb və yanğın tamsöndürülüb.
Yanğın nəticəsində 5 hektar sahədə əsasən quru ot, kol-kos vəxəzəl yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Ekologiya və TəbiiSərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları daiştirak edib.