AZ

Gədəbəydə dağlıq ərazidə yanğın oldu - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gədəbəy rayonu, Qızılqaya kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Publika.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində dağlıq ərazidə 5 ha sahədə əsasən quru ot, kol-kos və xəzəl yanıb.

Sıx meşəlik ərazi yanğından mühafizə olunub.

Seçilən
19
31
publika.az

10Mənbələr