ABŞ dövlət katibi Marko Rubio Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığı zamanı husilərə qarşı hərbi əməliyyatı müzakirə edib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.
“Rubio vurğulayıb ki, Qırmızı dənizdə husilərin ABŞ hərbi və ticarət gəmilərinə davamlı hücumları qəbuledilməz hesab olunacaq”, – məlumatda deyilir.