İctimai tv-də yayımlanan "Milyonların şousu" intellektualı yarışında maraqlı anlar yaşanıb.
Metbuat.az xəbər verir ki, Nicat Nəcəfli adlı şəxs 13-cü suala qədər irəliləyib.
Belə ki, o, "Hansı ildə Azərbaycanda rekord sayda nikaha daxilolma qeydə alınıb?" sualına cavablandırıb. Bununla da dəyəri 16 min manat olan 13-cü suala düzgün cavab verib.
Lakin sosial şəbəkələrdə sual tənqid edilib, bəzilərin sualın çox rahat olduğunu, bəziləri isə mənasız olduğunu qeyd edib.
Qeyd edək ki, N.Nəcəflinin yekun məbləği qazanıb-qazanmadığı bəlli deyil. Oyun martın 22-də davam edəcək.