Bakı. Trend:
2025 - ci ilin yanvar ayında Türkiyənin Ambarlı limanı 1 milyon529 min 302 ton yük qəbul edib.
Trend xəbərverir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, Ambarlı limanından Türkiyəbayrağı altında 247 min 800 ton yük , digər ölkələrin bayraqlarıaltında üzən gəmilərlə isə 1 milyon 281 min 502 ton yükdaşınıb.
2025 - ci ilin yanvar ayında Ambarlı limanından 278 min 88tranzit yük aşırılıb.
Qeyd edək ki, 2025-ci ilin fevral ayında Türkiyə limanları 30milyon 855 min 73 ton yük qəbul edib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxililimanlara yük qəbulu 2 milyon 360 min 170 ton təşkil edib.
“Türkiyə limanlarına digər ölkələrin bayraqları altındagəmilərlə yük daşınması 28 milyon 494 min 852 ton olub”, – deyənazirlikdən bildirilib.
Məlumatda bildirilib ki, 2025-ci ilin fevral ayında Türkiyəlimanlarından 5 milyon 17 min 716 ton transit yük daşınıb.
Qeyd edək ki, bu ilin fevral ayında Türkiyə limanları 3 min 878gəmi qəbul edib.
Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrinbayraqları altında qəbul edilən gəmilərin sayı min 232, Türkiyəbayrağı altında qəbul edilən gəmilərin sayı isə 2 min 646 olub.
2024-cü ilin fevral ayında Türkiyə limanları 4 min 352 gəmiqəbul edib.
“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul ediləndigər ölkələrin bayraqları altında olan gəmilər 2 min 953, Türkiyəbayrağı altında olan gəmilər isə min 399 olub”, - deyə nazirlikdənbildirilib.