AZ

ABŞ Ukrayna üzrə beynəlxalq istintaq qrupundan çıxmaq qərarına gəlib – ÖZƏL

ABŞ, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı ilə bağlı araşdırma aparan beynəlxalq qrupdan çıxmaq qərarına gəlib. Olaylar.az xəbər verir ki, bu barədə The New York Times qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Ədliyyə Nazirliyinin əməkdaşları bu barədə artıq Avropadakı həmkarlarını məlumatlandırıb. Mənbələr bildirir ki, Vaşinqton bu qərarını bu gün rəsmi şəkildə elan edəcək.

Qeyd olunur ki, ABŞ bu "təşəbbüsə" 2023-cü ilin noyabrında, keçmiş prezident Co Baydenin dövründə qoşulmuşdu. Prezident Donald Tramp administrasiyası isə bu qrupdan çıxmaq qərarını federal xərclərin yenidən bölüşdürülməsi zərurəti ilə əsaslandırır.

Bundan əlavə, ABŞ Ədliyyə Nazirliyi Ukrayna ilə Rusiyanın hərbi əməliyyatları üzrə aparılan araşdırmalarda əməkdaşlığı da məhdudlaşdırır.

Bundan əvvəl Donald Tramp Ukrayna münaqişəsinin həlli üçün yaxşı perspektivlər gördüyünü bildirmişdi. O, martın 18-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırdığını da qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
olaylar.az

1Mənbələr