AZ

İdarəetmədən çıxan “Mercedes” tanınmaz hala düşdü, sürücüsü öldü - RƏSMİ - VİDEO

Kürdəmir-Zərdab yolunda yol qəzası baş verib. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən yol-nəqliyyat hadisəsi martın 16-da günorta saatlarında Zərdab rayonunun İsaqbağı kəndi ərazisində baş verib. Bakı şəhər sakini A.Abbasov idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman idarəetməni itirib və nəticədə avtomobil aşıb. Hadisə nəticəsində sürücü dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Seçilən
4
1
avtosfer.az

8Mənbələr