AZ

Qazaxıstan ikinci və üçüncü AES-in inşa ediləcəyi məkanı müəyyən etməyə başlayıb

Astana, 17 mart, AZƏRTAC

Qazaxıstan daha iki AES-in tikiləcəyi yeri müəyyən etmək üzrə işlərə başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Baş naziri Oljas Bektenovun “Altı illik tərəqqi: Qazaxıstan davamlı inkişaf yolunda” adlı məqaləsində qeyd olunub.

“Prezidentin tapşırığı ilə nüvə enerjisi inkişaf etdirilir. Birinci AES-in inşa ediləcəyi yer müəyyən olunub. Daha iki stansiyanın tikiləcəyi məkanın müəyyən edilməsi üzrə işlərə başlanılıb”, - deyə Baş nazirin rəsmi informasiya mənbəyində dərs olunan məqalədə bildirilib.

2024-cü il oktyabrın 6-da Qazaxıstanda respublika səviyyəsində referendum keçirilib. Ölkə əhalisinin əksəriyyəti AES-in tikintisini dəstəkləyib.

Bundan əvvəl məlum olub ki, Qazaxıstan birinci AES-i inşa edəcək namizədləri müəyyənləşdirib. Siyahıya Çinin “CNNC”, Cənubi Koreyanın “KHNP”, Rusiyanın “Rosatom” və Fransanın “EDF” şirkətləri daxil olub.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
12
1
azertag.az

2Mənbələr