AZ

Şimali Makedoniyadakı faciəyə görə ölkə parlamentində başsağlığı kitabı açılacaq

Skopye, 17 mart, AZƏRTAC

Şimali Makedoniyanın Koçani şəhərindəki faciəli hadisəyə görə martın 18-dən ölkə parlamentində başsağlığı kitabı açılacaq.

AZƏRTAC xəbər verir ki, faciə ilə bağlı bu gündən etibarən Şimali Makedoniyada 7 günlük matəm başlayıb, bütün ölkə üzrə qurumlarda və ictimai yerlərdə dövlət bayrağı yarıya qədər endirilib. Bu gün Koçani şəhər meydanın toplaşan insanlar baş vermiş fəlakətli yanğında həlak olanların xatirəsini ehtiramla yad edib, faciədə ölənlərin və yaralananların ailələri ilə həmrəy olduqlarını bildiriblər.

Koçani bələdiyyəsinin sədri Lyupko Papazov tutduğu vəzifədən istefa verdiyini açıqlayıb. Gecə klubunun lisenziyasının olmadığı və tutumundan iki dəfə çox insan qəbul etdiyi, yalnız bir çıxış qapısının olduğu və binada lazımi sayda yanğınsöndürücü olmadığı bildirilib. Məkan üçün lisenziya verən sabiq nazir də daxil olmaqla indiyədək ümumilikdə 15 nəfər saxlanılıb.

Vəziyyəti ağır olan 51 yaralının Serbiya, Monteneqro, eləcə də Türkiyə, Bolqarıstan, Yunanıstan, Sloveniya, Xorvatiya, Avstriya, Norveç və Macarıstandakı xəstəxanalara aparılıb.

Xatırladaq ki, martın 16-da gecə saatlarında Koçanidəki “Pulse” adlı diskotekada pirotexniki maddələri səbəb olduğu yanğın və izdiham zamanı 59 nəfər ölüb, 22-si ağır olmaqla 155 nəfər xəsarət alıb. Klubda konsert verən “DNK” hip-hop qrupunun 8 üzvü də yanğında həlak olub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Skopye 

 

Seçilən
10
azertag.az

1Mənbələr