AZ

Azərbaycana xaricdən 1,8 milyard dollardan çox pul köçürülüb

Bakı, 18 mart, AZƏRTAC

Ötən il Azərbaycana xaricdən 1 milyard 83 milyon dollar, Azərbaycandan xaricə isə 527 milyon dollar pul köçürülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistik departamentinin direktoru Samir Nəsirov ötən ilin yekunları üzrə tədiyə balansının açıqlanmasına dair brifinqdə deyib.

O bildirib ki, 2024-cü ildə Azərbaycana ən çox pul baratı Rusiyadan (497 milyon dollar), Türkiyədən (176 milyon dollar), ABŞ-dan (65 milyon dollar), Gürcüstan (35 milyon dollar) və Böyük Britaniyadan (34 milyon dollar) daxil olub.

Ötən il ölkədən xaricə köcürülən pul baratlarının həcminə görə isə ilk 5-likdə Türkiyə (150 milyon dollar), ABŞ (60 milyon dollar), Rusiya (58 milyon dollar), Gürcüstan (45 milyon dolları) və Birləşmiş Krallıq (28 milyon dollar) qərarlaşıb.

Seçilən
11
5
azertag.az

9Mənbələr