Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasında 2025-ci ilin yanvar-fevralayında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydəalınan dövriyyə 64,6 milyon manat təşkil edib.
Bu barədə Trend Dövlət Vergi Xidmətinə istinadən xəbərverir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,1%çoxdur.
Qeyd olunub ki, Naxçıvanda ƏDV-nin bir hissəsinin geriqaytarılması ilə bağlı innovativ layihə olan “ƏDV geri al”mexanizminin tətbiqi də uğurla davam etdirilir. Belə ki, indiyədəkMR-də “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 2,5 milyonmanatdan çox ƏDV məbləği geri qaytarılıb.
Bu ilin yanvar-fevral aylarında istehlakçılara qaytarılan məbləğötən ilin eyni dövrünə nisbətən 14% artaraq 242,2 min manatolub.