AZ

Aİ, Putin və Trampın söhbəti barədə fərziyyələr irəli sürmək istəmir- ÖZƏL

Avropa Komissiyası (Aİ) Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında gözlənilən telefon danışığı ilə bağlı fərziyyələr irəli sürməkdən imtina edir. Olaylar.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında Aİ-nin sözçüsü Stefan De Keersmaeker bəyan edib.

"Mən Donald Tramp və Vladimir Putin arasında baş tutacaq müzakirələr barədə fərziyyələr yürütməyəcəyəm. Sadəcə, Ukrayna üçün ədalətli və dürüst sülhün vacibliyini vurğulamaq istəyirəm", - deyə o, jurnalistlərin ABŞ və Rusiya liderlərinin söhbətindən gözləntilər barədə sualını cavablandırıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Putin və Tramp arasında danışıq 18 mart tarixində, Moskva vaxtı ilə 16:00-18:00 aralığında baş tutacaq.

Xatırladaq ki, Rusiya və ABŞ prezidentləri sonuncu dəfə 12 fevralda telefon danışığı aparıblar. Həmin söhbət zamanı liderlər Ukrayna məsələsini və iki ölkə arasındakı münasibətlərdə yığılıb qalan problemləri müzakirə ediblər. O vaxt Putin və Tramp təmasları davam etdirmək və şəxsən görüşlər təşkil etmək barədə razılığa gəlmişdilər. Bu razılaşmalar çərçivəsində Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Moskvada Putinlə görüş keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
50
olaylar.az

10Mənbələr