AZ

London Bakı və İrəvanı tezliklə sülh sazişi imzalamağa çağırır

Britaniya Azərbaycan və Ermənistanı tezliklə sülh sazişi imzalamağa çağırır...

"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi parlamentdə deyib.

 "AzərbaycanErmənistan tarixi sülh sazişi üzrə danışıqların yekunlaşdığını elan ediblər. Biz bu mühüm addımı alqışlayırıq və hər iki tərəfi sazişin imzalanması ilə mümkün qədər tez irəliləməyə çağırırıq", - o bildirib.

Xatırladaq ki, ötən gün AzərbaycanErmənistan Xarici İşlər Nazirlikləri Bakı və İrəvan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların başa çatdığını rəsmən bildiriblər.

Poliqon.info

Seçilən
61
8
poliqon.info

9Mənbələr