İstanbul Universiteti şəhər bələdiyyəsinin başçısı Ekrem İmamoğlunun diplomunun ləğv edildiyini bildirib.
Bu barədə universitet rəsmi açıqlama yayıb.
Bildirilib ki, daha əvvəl Ali Təhsil Qurumu (YÖK) siyasətçiyə məxsus təhsil sənədlərinin saxta olduğu barədə rəy verib. Universitetin təftiş komissiyası da məhz bu rəyə əsasən diplomun ləğvi barədə qərar qəbul edib.
Qərar, eləcə də bu qərara əsaslanan bütün məlumat və sənədlər İstanbul Prokurorluğuna və Ali Təhsil Qurumuna təcili şəkildə göndəriləcək.
"Cebheinfo.az"