AZ

Göyçayda otlaq sahəsində başlayan yanğın kəndə keçib, bir ev yanıb

Göyçay rayonunda yanğın baş verib.

Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Müskürlü kəndində qeydə alınıb.

Otlaq və örüş sahəsi arasında başlayan yanğın daha sonra kəndə doğru irəliləyib. Kəndin ətrafında olan ağaclar və otlaq sahələri yanıb. Yanğın daha sonra kənddəki evlərdən birinə keçib. Nəticədə vətəndaşa məxsus birmərtəbəli ev bütün əşyaları ilə birlikdə yanaraq kül olub.

Hadisədən sonra əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay bölməsinin əməkdaşları tərəfindən alov söndürülüb və yanğının digər evlərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
49
49
xezerxeber.az

10Mənbələr