AZ

ƏMDX texniki qulluğunu yenə eyni şirkətə həvalə etdi - 4.3 mln. manatlıq müqavilə

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elan etdiyi milyonluq tender sona çatıb.

Valyuta.Az xəbər verir ki, elan edilən tenderin qalibi “SMTS” MMC olub və tərəflər arasında 4.305.773,71 AZN-lik müqavilə imzalanıb.

Qeyd edək ki, MMC aldığı məbləğ qarşılığında Əmlak Məsələləri Dövlət Xidmətinin 33 mərtəbəli inzibati binasında quraşdırılan avadanlıqlara, texniki infrastruktura 2025-ci il ərzində servis xidməti və təmir işləri həyata keçirəcək.

Xatırladaq ki, MMC 2024-cü ildə də eyni şəkildə servis xidməti və təmir işləri həyata keçirmişdi. Tərəflər arasında 2024-cü il üçün imzalanan müqavilənin dəyəri 3.777.997,33 AZN idi. 

Rəhim

Seçilən
42
valyuta.az

1Mənbələr