Türkiyə çempionatında heç də uğurlu mövsüm keçirməyən və düşmə zonasında qərarlaşan ''Hatayspor'' maddi cəhətdən bir xeyli irəli düşüb.
''Football-plus.az'' xəbər verir ki, İtaliyanın iddialı klublarından olan ''Latsio'' mövsümün əvvəlində məhz ''Hatayspor''dan icarəyə götürdüyü Fisayo Dele-Başiru ilə bağlı qərarını verib.
Romalılar ötən yay Türkiyə klubuna 2 milyon avro ödəyərək 24 yaşlı nigeriyalı futbolçunu icarəyə götürmüşdülər. ''Latsio'' rəhbərliyi bu futbolçunun çıxışından razı qalıb. İtalyanlar daha 3,45 milyon avro ödəyərək bu yarımmüdafiəçinin daimi əsasda transferini tamamlayıblar. Beləcə ''Hatayspor'' 2023-ün yayında ''Şeffild Yunayted'dən tamamilə pulsuz transfer etdiyi Dele-Başirunun satışı sayəsində təxminən 5,5 milyon avro qazanıb.
Dele-Başiru ''Latsio'' ilə 2028-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb. Nigeriya yığmasının da üzvü olan bu futbolçu cari mövsüm ''Latsio''da 24 rəsmi oyunda 5 qol, 2 məhsuldar ötürməlik performans sərgiləyib.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta