Futbol üzrə Azərbaycan çempionatının I Liqasında yarışan MOİK-in baş məşqçisi Qəzənfər Abbasov istefa verib.

Offsideplus.az xəbər verir ki, bu barədə məşqçi özü sosial media hesabında məlumt yayıb.

"Bu gün MOİK-lə yollarımı ayırmaq qərarına gəldim. Hər zaman bu klubun adını qaldırmaq, uğur qazanmaq üçün əlimdən gələnin ən yaxşısını etdiyimə inanıram", - deyə Q.Abbasov qeyd edib.

Onu da əlavə edək ki, MOİK hazırda 18 turdan 22 xalla 6-cı pillədə qərarlaşıb. Komanda 2025-ci ilə ardıcıl 2 qələbə ilə başlasa da, son 5 turda cəmi 2 xal qazanıb (2 heç-heçə, 3 məğlubiyyət).

BU DA MARAQLIDIR:

"Qarabağ"ın futbolçusunun bu qolu ən yaxşı seçildi - VİDEO