Basketbol üzrə Azərbaycan çempionatında 19-cu turun oyunları keçirilir.
Bu gün Basketbol üzrə Azərbaycan Liqasında 19-cu turun oyunları davam etdirilib.
Operativ Media xəbər verir ki, ikinci oyun gününün ikinci qarşılaşmasında “Naxçıvan” “Abşeron”u qəbul edib. Türkiyəli məşqçilər - müvafiq olaraq Murat Dikmen və Erhan Toker arasında qarşıdurma olub. Matç "Abşeron"un qələbəsi ilə yekunlaşıb.
Azərbaycan Basketbol Liqası
19-cu tur
18 mart
19:00 "Naxçıvan" – "Abşeron" - 58:60 (5:16, 17:13, 18:15, 18:16)
Bakı, "Sərhədçi" SC.
Qonaqlara Obri MakAlpin və Ayinde Hikim hərəyə 15 xal yazdırıb.