Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 13-cü turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, oyunlardan biri martın 22-də, digərləri isə martın 27-də keçiriləcək. Belə ki, U-19 martın 25-dən 30-dək Avropa çempionatının əsas mərhələsində mübarizə aparacağına görə, federasiya “Baku Fire” klubunun da razılığı əsasında görüşün tarixini dəyişib. Beləliklə U-19 – “Baku Fire” qarşılaşması martın 22-də “Olimpik Star”da keçiriləcək. Oyuna saat 16:00-da start veriləcək.
Yüksək Liqa
13-cü tur
22 mart
U-19 – Baku Fire
Bakı. “Olimpik Star”. Saat 16:00.
27 mart
Yasamal Bakı – Neftçi İK İB
Bakı. “Olimpik Star”. Saat 14:00.
Şuşa – Araz-Naxçıvan
Bakı. “Olimpik Star”. Saat 16:00.