AZ

Azərbaycan Könüllülərinin “Könüllü Baharı” yaz düşərgəsi baş tutub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin,Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi , AzərbaycanKönüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə QubaOlimpiya İdman Kompleksində “Könüllü Baharı” AzərbaycanKönüllülərinin yaz düşərgəsi həyata keçirilib.

Bu barədə Trend-ə Azərbaycan Könüllü Təşkilatları İttifaqındanməlumat verilib.

Bildirilib ki, düşərgədə müxtəlif könüllü təşkilatlarını əhatəedən ümumilikdə 150 nəfər Azərbaycan könüllüsü iştirak edib. 14-18mart tarixlərini əhatə edən düşərgənin məqsədi könüllülərin asudəvaxtlarının səmərəli təşkili ilə yanaşı, onlara mədəni irsimizin vəzəngin tariximizin aşılanması, eyni zamanda, şəxsi inkişafın vəsağlam həyat tərzinin təşviqindən ibarətdir.

Düşərgədən əvvəl Quba rayonuna çatan könüllülərimiz tərəfindənUlu Öndərin abidəsi ziyarət edilib.

Sonra iştirakçıların şəbəkələşməsi üçün tanışlıq oyunları həyatakeçirilib.

Dörd gün davam edən düşərgə müddətində könüllülərin asudəvaxtlarını səmərəli dəyərləndirmələri üçün xüsusi peşəkarlığı vətəcrübəsi ilə seçilən təlimçilər tərəfindən həyata keçiriləntəlimlər, komanda oyunları, intellektual oyunlar və vörkşoplar baştutub.

Novruz bayramı abu-havalı düşərgədə tonqal ətrafında Novruzşousu baş tutub. Düşərgə müddəti ilə bağlı təəssüratın paylaşılmasıvə dəyərləndirilməsi üçün könüllülər tərəfindən “Könüllünün birgünü” adlı videokontentlər hazırlanıb, eyni zamanda, gənclərin özistedadlarını nümayiş etdirmələri üçün “İstedadSƏN!” yarışıkeçirilib.

“Könüllü Baharı” yaz düşərgəsi Azərbaycan Könüllülərinin bilikvə bacarıqlarını artırmaq, onların sosial aktivliyini yüksəltmək vəşəbəkələşməsini gücləndirmək baxımından mühüm rol oynayıb. Novruzənənələrinin yaşadılması və gənclər arasında təbliği AzərbaycanKönüllülərinin milli-mənəvi dəyərlərə verdiyi önəmin bir dahagöstəricisi olub.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
17
9
az.trend.az

10Mənbələr