AZ

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Atakişi Atayev dəfn olunub

Bu gün Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Atakişi Atayev dəfn olunub.

Xocalı rayonu Naxçıvanlı kəndində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Atayev Atakişi Qəhrəman oğlu dəfn olunub.

Operativ Media xəbər verir ki, şəhidin dəfn mərasimində ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin nəşinin qalıqları Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, A.Atayev 1960-cı il oktyabrın 2-də Bakı şəhərində anadan olub. O, 1992-ci il iyunun 27-də Xocalı rayonunun Naxçıvanlı kəndində itkin düşüb.

Seçilən
26
9
operativmedia.az

10Mənbələr