Olaylar.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.
Nəşr qeyd edib ki, rəsmi Bakı Kərki, eləcə də Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunun bir hissəsi daxil olmaqla, Tavuşdakı üç ərazinin verilməsində israrlıdır.
Bildirilib ki, məsələ ölkə parlamentinin son qapalı iclaslarından birində müzakirəyə çıxarılıb.
"Yerkrapa" terror təşkilatının rəhbəri Sasun Mikaelyan görüşdə Baş nazir Nikol Paşinyana deyib ki, Kərkinin əvəzinə Başkənd təklif edilsin.
Ermənistan baş naziri isə buna qəzəblənib və təkbaşına ölkə ərazisi ilə bağlı qərar verə bilməyəcəyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31